“Dövlət gərək tarixi mirasa sahib çıxsın və gələcək nəsillərə ötürsün”

57 yaşlı Ruslan Əliyev Astaranın Sım kəndindəndir. O, yaşadığı kənddə torpağın altından çıxan tarixi hesab etdiyi tapıntıları yığmaqla məşğuldur. Ruslan Əliyev deyir ki, yaşadığı torpağın altında qədim tarix yatır. Hətta yol gedərkən də saxsı qab qırıntıları tapmaq mümkündür. Ruslan Əliyevin arzusu alimlərin Sımın tarixini araşdırmasıdır. O deyir ki, dövlət gərək bu tarixi mirasa sahib çıxsın və gələcək nəsillərə ötürsün. Talış bölgəsinin tarixi üzrə ixtisaslaşan, arxeoloq-etnoqraf Nəriman Ağazadə deyir ki, Talış dağlarında yerləşən mağaralardan biri Alt poliolit dövrünə aid edilir. Bu tapıntı Azərbaycanda sözügedən dövrə aid olan Azıx mağarasından sonrakı ikinci tapıntıdır. Sım kəndində isə olan tapıntılar adətən tunc dövrünə aid edilir.

Ana səhifəUncategorized @az“Dövlət gərək tarixi mirasa sahib çıxsın və gələcək nəsillərə ötürsün”