Dövlət Departamenti: Azərbaycan hakimiyyətini Tofiq Yaqublunu azad etməyə çağırırıq

“Pandemiya zamanı insanın sağlamlığı və təhlükəsizliyi üçün şəffaflıq və etibarlı məlumatlar lazımdır”, – Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

ABŞ Dövlət Departamenti


“Biz bu məsələdə hadisələrin inkişafını diqqətlə izləyirik”

ABŞ Azərbaycanda müxalifətçi Tofiq Yaqublunun həbsi və onun ünvanına ittihamlar ilə əlaqədar narahatdır. Bu barədə Vaşinqtonda Dövlət Departamentinin nümayəndəsi “Turan”-ın müxbirinə bildirib.

T.Yaqublu martın 22-də “xuliqanlıq” şübhəsi ilə saxlanılıb. Ailəsi və hüquq-müdafiə təşkilatları Azərbaycanda COVID-19 pandemiyası fonunda onun səhhəti və həbsi ilə bağlı narahatdır.

“Biz bu məsələdə hadisələrin inkişafını diqqətlə izləyirik və Azərbaycan hökumətinə narahatlığımızı bildirdik. Biz Azərbaycan hakimiyyətini cənab Yaqublunu və öz əsas azadlıqlarını həyata keçirdiyinə görə həbs edilmiş digər şəxsləri azad etməyə çağırırıq”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

Birləşmiş Ştatlar fundamental əsas azadlıqları dəstəkləyir və Azərbaycanı bu sahədə öz beynəlxalq öhdəliklərinə uyğun hərəkət etməyə çağırır.

“Dünyadakı hökumətlər qlobal COVID-19 pandemiyasına reaksiya verdikləri üçün biz onları əsas insan hüquq və azadlıqlarına məhdudiyyətlərə yol verməməyə, o cümlədən azad mətbuata böhran və hökumətin cavab tədbirləri barədə ictimaiyyətə məlumat vermək imkanları yaratmağa çağırırıq.

“Pandemiya zamanı insanın sağlamlığı və təhlükəsizliyi üçün şəffaflıq və etibarlı məlumatlar lazımdır”, – Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

T.Yaqublu müxalifətyönlü Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının – aparıcı müxalifət partiyaları və fəalların koalisiyası – üzvüdür.

Martın 23-də Nizami Rayon Məhkəməsi

T.Yaqublu

nun “silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilmiş xuliqanlıq” ittihamı üzrə istintaqı gözləyərək üç ay müddətində həbsdə olması barədə qərar çıxarıb.

Martın 25-də “Human Rights Watch” Nyu York insan-müdafiə qrupu bildirib ki, T.Yaqublu Prezident İlham Əliyevin ölkənin siyasi müxalifətinə qarşı antikoronavirus tədbirlərinin tətbiq ediləcəyi barədə fikirlərindən bir neçə gün sonra saxta ittihamla həbs olunub.

Ana səhifəSiyasətDövlət Departamenti: Azərbaycan hakimiyyətini Tofiq Yaqublunu azad etməyə çağırırıq