Dövlət çörəyin sabit qiymətini təmin edir

Bir tonun qiyməti 262,1 dollar təşkil edib, məhsulun 400 min tonu Qazaxlstandan alınıb

Source:


Bir tonun qiyməti 262,1 dollar təşkil edib, məhsulun 400 min tonu Qazaxlstandan alınıb

Azərbaycanda hökumət buğda idxalını tam nəzarətə alıb. İdxalın yarıdan çoxu dövlətin hesabına maliyyələşir.

2014-cü ildə Nazirlər Kabineti Taxıl Fondunun dövlət ehtiyatı həcmini 750 min ton, illik idxalı 1,4 mln ton müəyyən edib. Sonuncu dəfə hökumət 2012-ci ildə 500 min ton buğdanın satın alınması barədə ictimaiyyətə məlumat verib.

Taxıl şirkətlərindən birində “Turan İA” deyiblər ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Taxıl Fondunun ehtiyatı 5 özəl şirkət hesabına təmin edilir. Onlar yeni mövsümün taxılını alır, köhnə ehtiyat unüyütmə kombinatlarına verilir. Hazırda Rusiyadan buğda alınır. Sərhəddə 1 ton buğdanın qiyməti 230-240 dollardır.

“İndiki qiymət yaxşı rentabellliliyi olan müəssisələr üçün rentabellidir. İdxalçılar az qazanır. Unun qiyməti 1,5 manat artsa, qiymət dəyişməz qalmalıdır”, – deyə idxalçı şirkətin təmsilçisi bildirib.

Qiymət ifadəsində buğda idxalı 9 ayda 42 faiz azalıb və 172,2 milyon təşkil edib. I rübdə 1 ton unun pərakəndə qiyməti 600 dolları keçib.

Gömrük Komitəsinin məlumatına görə, I yarımildə Azərbaycana  139 milyon dollar məbləğində 533,7 min ton buğda idxal olunub. Bir tonun qiyməti 262,1 dollar təşkil edib. Məhsulun 400 min tonu Qazaxlstandan alınıb.

2013-cü ildə Azərbaycan 1 milyon 442 min ton buğda alıb. Dövlət Taxıl Fondu 2008-ci ildə yaradılıb. Əvvəllər Fond ildə 280 min ton buğda alıb.

Ana səhifəXəbərlərDövlət çörəyin sabit qiymətini təmin edir