Dondurma şirkətlərinin maliyyə hesabatı açıqlanmır

Ekspertlərin fikrincə, məhsulun uçota alınmayan dövriyyəsi 40 mln manata yaxındır

Source:


Ekspertlərin fikrincə, məhsulun uçota alınmayan dövriyyəsi 40 mln manata yaxındır

Azərbaycanda dondurma mövsümü 100 gün çəkir. Mütəxəssislərə görə, yayda dondurma sexləri bu məhsula tələbatı ödəmək üçün tam gücü ilə işləyir. “Turan İA”ın məlumatına görə, 30 minə qədər mobil soyuducunu dolduran mal şirkətlərin maliyyə hesabatları açıqlanmır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə bir ildə 500 ton dondurma istehsal olunur. Dondurma bazarında mənzərə 10 ildir dəyişmir. Ona istehsalçılar özləri də inanmır. «İldə 500 ton dondurma? Yalandır!», – deyə “AER” şirkətinin rəhbəri Elşən Şərifov “Turan İA”-a bildirib. Amma aparıcı istehsalçıların beşliyinə daxil olan şirkətin rəhbəri öz istehsal həcmlərini açıqlamayıb.

Rəsmi statistikanın ziddiyyətini Naxçıvan MR Statistika İdarəsinin məlumatı da göstərir. Ötən il MR-da 138,7 ton dondurma istehsal edilib. Bu, 2012-ci ildəkindən 5,2 faiz çoxdur. Deməli, belə çıxır ki, muxtariyyatda ölkə dondurmasının 27 faizi istehsal edilib. Bu isə mütəxəssislərlə yanaşı, bazar iştirakçılarında da şübhə yaradır.

Ana səhifəXəbərlərDondurma şirkətlərinin maliyyə hesabatı açıqlanmır