Bu gün iyunun 12-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb.
”
APA
-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 16-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0478 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0017 manat və ya 0,14 faiz bahalaşıb 1,1818 manat olub.