Dindarlar Bakı Şəhər Baş polis idarəsinin qarşısında etiraz aksiyasına cəhd edib

Müsəlman Birliyi hərəkatının üzvləri Bakı Şəhər Baş polis idarəsinin qarşısında etiraz aksiyasına cəhd edib. Onlar həbsxanada aclıq edən Tale Bağırzadə və digər inanclı məhbuslara dəstək nümayiş etdiriblər. İştirakçılar qətnamə oxuyub quruma təqdim etmək istəsələr də polislər buna imkan verməyib və onların ərazini tərk etməsini tələb edib. Polislər jurnalistlərin çəkiliş aparmasına mane olub. DİN bundan əvvəl polisin işgəncə tətbiq etməsi və Allahı təhqir etməsi iddialarını əsassız sayıb.

Ana səhifəVideoDindarlar Bakı Şəhər Baş polis idarəsinin qarşısında etiraz aksiyasına cəhd edib