“Dinc nümayişlərə maneə olmaq Azərbaycanın imkanlarını məhdudlaşdırır”

Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq.

Foto: Meydan TV


Amerika səfirliyi 19 oktyabr aksiyası ilə bağlı bəyanat yaydı

ABŞ-ın Azərbaycan səfirliyi oktyabrın 21-də Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) ötən həftənin şənbə günü keçirdiyi aksiya ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi

Avropa Birliyinin bəyanatı

na dəstək verərək oktyabrın 19-u keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir:

“Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq. İnsanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir. Hökumətin şəhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək istəyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir. Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq”.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir.


Demokratik Qüvvələrin Milli Şurası

oktyabrın 19-da “28 may” metrostansiyası qarşısında mitinq keçirib. Bakı Şəhər Baş polis İdarəsi mitinqin icra hakimiyyətinin razılığı olmadan keçirildiyini qeyd edərək 60 nəfərin saxlanıldığını, onlardan 18-nin inzibati cəza aldığını bildirib. AXCP sədrinin müavini Vahid Məhərrəmli mitinqdən əvvəl və mitinqin keçirildiyi gün 20-dən çox şəxsin İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum edildiyini bildirib.

Mitinqin təşkilatçılarından

Tofiq Yaqublu

30 sutka inzibati cəza alıb. Vəkili Tofiq Yaqublunun Nəsimi Rayon Polis İdarəsində 1 saat işgəncəyə məruz qaldığını bildirib.

Ana səhifəSiyasət“Dinc nümayişlərə maneə olmaq Azərbaycanın imkanlarını məhdudlaşdırır”