DİN: “Rejissoru velosipedlə vuran şəxslər saxlanılıblar”

Daxili İşlər Nazirliyi. Foto: DİN

Hazırda araşdırmaların davam etdirildiyi bildirilir

Bakının Nəsimi rayonunda rejissor Elvin Adıgözəl velosipedlə vurub qaçan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, avqustun 25-də axşam saatlarında Elvin Adıgözəl qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müəyyən olunaraq saxlanılıblar.

Elvin Adgözəl. Foto: Meydan TV

Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmaların davam etdirildiyi bildirilir.

Elvin Adıgözəl avqustun 25-də axşam saat 10 radələrində üç velosipedçi tərəfindən vurulduğunu deyib.

Nəticədə rejissorun qolu sınıb, müxtəlif bədən xəsarətləti alıb.

Elvin Adıgözəl Meydan TV-yə hazırda müalicəsini evdə davam etdirdiyini bildirib.

Ana səhifəMədəniyyətDİN: “Rejissoru velosipedlə vuran şəxslər saxlanılıblar”