DİN: Müstəntiq nişanlısını qətlə yetirib və intihar edib

Polis. Foto: DİN

Hadisə şəxsim evində baş verib

Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Aslanovun nişanlısı Günay Cabbarovanı qətlə yetirdiyi, daha sonra intihar etdiyi bildirilir. Hadisə aprelin 22-də günorta saatlarında Nərimanov rayonu ərazisindəki evdə baş verib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. Bu qurumdan verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Tural Aslanov bundan əvvəl Şamaxı və Qaradağ rayon polis idarələrində də müstəntiq vəzifəsində çalışıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Bu, son bir ay ərzində ölkədə beşinci haldır ki, şəxs əvvəlcə həyat yoldaşını və ya sevgilisini öldürür, daha sonra özü intihar edir.

Ana səhifəSosialDİN: Müstəntiq nişanlısını qətlə yetirib və intihar edib