Həbsdən azadlığa çıxan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Meydan TV-yə müsahibəsində deyib ki, həbsxanada məhkumlara qəsdən ağır və dözülməz şərait yaradılır. Onun sözlərinə görə, məqsəd məhbusları pul ödəməyə məcbur etmək və bunun müqabilində onlara daha yaxşı yaşayış şəraiti təmin etməkdir.