“Dedilər ya narkotiki üzərinə götürməlisən ya da”

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov dənizdə batan 16 yaşlı oğlunun dəfn mərasimində iştirak üçün həbsdən buraxılıb.

Vəkili Zibeydə Sadıqovanın sözlərinə görə müvəkkili 3 günlük azadlığa buraxılıb.

Yas mərasimi polislərin müşayiəti ilə keçirilib və Mahir Əzimova jurnalistlərə sərbəst şəkildə müsahibə verməyə mane olublar. 

Yerli hüquq müdafiəçiləri Əzimovun həbsini siyasi motivli hesab edir. İnanclı fəal Polis İdarəsində olduğu dövrdə işgəncələrə məruz qaldığını, ondan Müsəlman Birliyi Hərəkatını tərk etmək tələb olunduğunu deyib. Bu tələbə boyun əymədiyi üçün şərləndiyini deyir.

M.Əzimov ötən ilin iyulunda qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır, hazırda məhkəmə prosesi gedir. Onunla bərabər Müsəlman Birliyi Hərəkatının onlarla üzvü həbsdədir. Azərbaycan hökuməti isə ölkədə heç kimin dini inancına və tənqidi görüşlərinə görə həbs olunmadığını deyir.

Ana səhifəVideo“Dedilər ya narkotiki üzərinə götürməlisən ya da”