Daha iki həkim koronavirusdan ölüb

Qurumdakı mənbənin məlumatına görə, yeni ilin ilk 6 günündə ümumilikdə 4 tibb əməkdaşı koronavirusdan ölüb.

Source: Specify Source


Yeni ilin ilk 6 günündə 4 tibb işçisini xilas etmək mümkün olmayıb

Son 3 gündə daha iki həkim Covid-19 infeksiyasının qurbanı olub. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, həkim-ginekoloq Gülnisə Abbasova virusa yoluxub, onun həyatını xilas etmək mümkün olmayıb. Gəncə şəhərində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkim Xatirə Əliyeva da virusdan vəfat edib. Faktı Meydan TV-yə həkimin iş yoldaşları təsdiqləyib.

TƏBİB-dən münasibət öyrənmək mümkün olmayıb. Qurumdakı mənbənin məlumatına görə, yeni ilin ilk 6 günündə ümumilikdə 4 tibb əməkdaşı koronavirusdan ölüb.

Ana səhifəSosialDaha iki həkim koronavirusdan ölüb