Dağıstandakı çadır düşərgəsindən 400 nəfər Azərbaycan vətəndaşı ölkəyə buraxılıb

“Ötən gün Dağıstanın Kullar kəndində və onun ətrafında yerləşən çadır düşərgəsində 1100 Azərbaycan vətəndaşı vardı”.

Source: Foto: İnterfaks


Sonuncu dəfə iyulun 1-də 250 nəfər Azərbaycana buraxılmışdı

Rusiyadan Azərbaycana avqustun 18-də 400 nəfər Azərbaycan vətəndaşından ibarət növbəti qrup gəlib. Onlar “Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığındakı karantin zonasında yerləşdiriliblər.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Rusiyadan qayıdan şəxslərin özləri bildiriblər.

“Ötən gün Dağıstanın Kullar kəndində və onun ətrafında yerləşən çadır düşərgəsində 1100 Azərbaycan vətəndaşı vardı. Son bir həftədə qayıtmaq istəyənlərin sayı kəskin şəkildə artıb”.

Sonuncu dəfə iyulun 1-də 250 nəfər Azərbaycana buraxılmışdı.

Koronavirus pandemiyası ilə əlaqədar mart ayında Azərbaycanla Rusiya arasında sərhəd bağlandıqdan sonra yüzlərlə Azərbaycan vətəndaşı Kullar qəsəbəsində ölkəyə buraxılmaq üçün toplaşmışdı. Şəraitsizlikdən əziyyət çəkən Azərbaycan vətəndaşları vətənə buraxılmalarını tələb edirdilər. İlk mərhələdə azərbaycanlılar 100-120 nəfərlik qruplarla iki həftədən bir Azərbaycana buraxılırdılar. Yaranmış vəziyyətdən narazı qalan vətəndaşlar iyunun 15-də etiraz aksiyası keçiriblər. Aksiya Rusiya OMON-u tərəfindən dağıdılıb.

Aksiyada xəsarət alanlar olub. 10 nəfər haqqında cinayət işi qaldırılıb, 80-ə yaxın Azərbaycan vətəndaşı qısamüddətli inzibati saxlanmalara məhkum edilib ki, onların da çoxu artıq müddət bitdiyinə görə azad ediliblər.

Ana səhifəSosialDağıstandakı çadır düşərgəsindən 400 nəfər Azərbaycan vətəndaşı ölkəyə buraxılıb