“Müvəqqəti düşərgənin bir çox sakinlərinin pulu qurtarıb və onlar nə siqaret, nə də digər zəruri şeyləri ala bilirlər”
Məqalə "
Kavkazski uzel"
saytında dərc olunub
Azərbaycanın 500-ə yaxın vətəndaşı Dağıstandan vətənə yollanacağı günü gözləyir. “Oqonyok” Dağıstan düşərgəsinin sakinlərinin bir çoxunun pulu qurtarıb və onlar zəruri şeyləri belə ala bilmirlər, onlardan biri deyib. Dekabrın 3-də məlum olub ki, 300-ə yaxın rusiyalı Azərbaycandan vətənə yollanacağını gözləyir, Azərbaycanın daha 400-ə yaxın vətəndaşı Dağıstandadır. Azərbaycan hökuməti sərhədin açılacağı tarixi söyləməkdə çətinlik çəkib. Daha əvvəl, noyabrın 24-də Dağıstanın milli siyasət üzrə nazirin birinci müavini Qarun Davıdov xəbər verib ki, onda olan məlumatlara görə, Azərbaycan tərəfi dekabrın 4-dək Rusiya ilə sərhədi açmamaq niyyətindədir.
Dağıstanda 500-dən çox adam vətənə qayıtmaq üçün Azərbaycanla sərhədin açılmasını gözləyir, Moskva vilayətində azərbaycanlıların milli-mədəni muxtariyyətinin nümayəndəsi Afiq Allahverdiyev “Kavkazski uzel”in müxbirinə xəbər verib. Onda olan məlumatlara görə, vətəndaşların Azərbaycana gündəlik göndərilməsi bərpa edilməyib. Səbəb həm də bu ölkənin karantin düşərgəsinin yüklənməsidir. Rusiya ərazisindən quru sərhədlə ölkəyə gələn hər bir şəxs həmin düşərgədə karantindən keçməlidir, Allahverdiyev izah edib. “Onlar Azərbaycan ərazisində 14 gün karantində oturmalıdırlar”, – o deyib.
Allahverdiyev vətənə yollanmağın maneələrindən biri kimi Qarabağ münaqişəsinin kəskinləşməsinin nəticələrini və Azərbaycanda koronavirus infeksiyasına yoluxanlarının sayının artmasını göstərib. Lakin Rusiyada qalmış Azərbaycan vətəndaşlarının vətənə təyyarə ilə yollanmaq imkanı var, belə ki Azərbaycan bəzi hava istiqamətlərini bağlamayıb, – Afiq Allahverdiyev əlavə edib. Koronavirus səbəbindən sərhəd bağlandığından, vətənə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Dağıstanın Kullar kəndi yaxınlığında müvəqqəti yaşayış məntəqəsi açılıb. Düşərgə sakinləri və ora hər yeni gələn azərbaycanlıları evə həftənin ikinci günləri dəstə-dəstə evə göndərirdilər. Lakin sentyabrın 27-si Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayandan sonra sadəcə bir dəfə – oktyabrın 20-si azərbaycanlılardan ibarət dəstə vətənə göndərilib.
Dağıstandakı düşərgənin sakinləri sərhədin açılma tarixinin uzadılmasından, həmçinin yollanmalı olan dəstələrin yaradılması üçün siyahıların düzgün tutulmasından gileylənirlər, Afiq Allahverdiyev əlavə edib. Onun dediyinə görə, siyahı tutularkən ciddi şəxsi səbəbləri olan, – bu səbəblər, o cümlədən Qarabağ münaqişəsinin kəskinləşməsi ilə bağlıdır, – insanlara üstünlük verilir. Hər bu cür ərizə yoxlanılır, bununla bağlı Azərbaycan tərəfinə də sorğu göndərilir, yalnız bu səbəblər təsdiqlənəndən sonra həmin şəxsi yaxın yollanma siyahısına salırlar, Allahverdiyev deyib. O, Azərbaycan vətəndaşlarını Dağıstanda müvəqqəti yaşayış məntəqəsinə gəlməməyə çağırıb, belə ki, hələ sərhədin nə vaxt açılacağı dəqiq məlum deyil.
Sərhədin açılmasını gözləyən təxminən 500 adamın bir hissəsi Kaytaqs rayonundakı “Oqonyok” düşərgəsində, digər hissəsi Dağıstanın müxtəlif şəhər və kəndlərindədir, Dağıstanın milli siyasət üzrə nazirin birinci müavini Qarun Davıdov “Kavkazski uzel”in müxbirinə söyləyib. Dediyinə görə, Azərbaycanla sərhədin dəqiq nə vaxt açılacağı ona hələ ki məlum deyil. Əvvəllər “Kavkazski uzel”in sms-xidmətində işləmiş Azərbaycan vətəndaşı Naif “Oqonyok” müvəqqəti yaşayış düşərgəsində olduğunu söyləyib. Onun dediyinə görə, düşərgədə bir neçə yüz adam var. Onların çoxu bir aydan çoxdur ki, vətənə qayıdacağını gözləyir. “Şəxsən mən bir aydan çoxdur ki, burdayam, lakin burda üç-dörd ay ilişib qalanlar da var”, – bir kişi “Kavkazski uzel”in müxbirinə söyləyib. Dağıstandan 500-ə yaxın adamın Azərbaycanla sərhədin açıldığını gözləməsi barədə xəbər “Kavkazski uzel”in sms-xidmətinə dekabrın 2-si gəlib.
“Azərbaycana getmək istəyirəm. Bilərəm, ya yox, mən Azərbaycan vətəndaşıyam və Rusiyada qalmışam. Burda Dərbənddə beş yüzə yaxın adam qalıb. Heç kəs bizimlə maraqlanmır”, – xəbərin müəllifi yazıb.
Naifin dediyinə görə, o, Dağıstana Rusiyanın digər bölgəsindən gəlib. Həmin bölgədə inşaatda işləyirmiş. Dağıstana isə ona görə gəlib ki, burda həftədə bir dəfə Azərbaycan vətəndaşlarının sərhəd ərazisindən yollanması təşkil olunubmuş, Naif deyib. “Sərhədi keçmək üçün başqa imkan yox idi. Təyyarələr yox isi, burda isə hər çərşənbə axşamı evə yollayırdılar”, – Naif söyləyib və əlavə edib ki, indi düşərgə sakinlərinə növbəti yollanmanın nə vaxt həyata keçiriləcəyi məlum deyil. “Müvəqqəti düşərgənin bir çox sakinlərinin pulu qurtarıb və onlar nə siqaret, nə də digər zəruri şeyləri ala bilirlər”, – Naif deyib. “Bununla belə, düşərgədə qidalandırmanın təşkili bağlı heç bir narazılıqları yoxdur”, – bir kişi qeyd edib. Həmin kişi deyib ki, Azərbaycanda ailəsi onun qayıtmasını gözləyir.