Norveçdə yaşayan və Azərbaycana gedərkən həbs edilmiş keçmiş ictimai fəal Hacı Hacılının azadlığa buraxıldığı bildirilir.
Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmə qərarı ilə Hacı Hacılı haqqındakı həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilib.
Norveçdə yaşayan və Azərbaycana dönən keçmiş ictimai fəal Hacı Hacılının həbs edildiyi deyilir.
Bu barədə məlumat ilkin olaraq bir sıra yerli media orqanlarında yayılıb. Lakin bir müddət sonra həmin xəbərlər silinib.

Yerli medianın yaydığı məlumata görə, Hacı Hacılı bir neçə gün əvvəl Azərbaycana gəlib və həbs olunub.
Yerli mediada dərc olunan məlumatlara görə, Hacı Hacılı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Meydan TV-nin öz mənbələrindən əldə etdiyi məlumata görə, Hacı Hacılının saxlanılması faktı təsdiqini tapıb. Bununla belə, onun hansı konkret iş üzrə həbs edildiyi barədə hələlik dəqiq məlumat yoxdur.
Barəsində üç aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilən Hacı Hacılı hazırda Bakı İstintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) saxlanılır.
Rəsmi qurumlar hələlik Hacı Hacılının saxlanılması və irəli sürülən ittihamla bağlı açıqlama verməyiblər.
Hacı Hacılı yazar Günel Mövludun həyat yoldaşı olub.
***
Norveçdə yaşayan və Azərbaycana dönən Hacı Hacılının həbs edildiyi deyilir.
Gününsəsi.info-nun yaydığı məlumata görə, Hacı Hacılı bir neçə gün əvvəl Azərbaycana gəlib. Daha sonra xəbər həmin media qurumundan silinib.

Məlumata əsasən, həbs olunduqdan sonra ona Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.