Təşkilat Fərid Mehralızadəyə də azadlıq tələb edir
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini korrupsiyaya qarşı mübarizə aparan “AbzasMedia” nəşrinin altı əməkdaşına və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azad Avropa Radiosu/Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin ştatdankənar jurnalisti Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb.
Bəyanat dekabrın 17-də “AbzasMedia”nın işi üzrə məhkəmə prosesinin başlaması ilə əlaqədar qəbul edilib.
“AbzasMedia”nın işi üzrə 2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil mətbuat və vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı təqib zamanı ağır cinayətlər törətməkdə ittiham olunan 20-dən çox jurnalist və KİV işçisi var.
Bəziləri Azərbaycanın ən məşhur müstəqil KİV-lərini təmsil edən jurnalistlərin əksəriyyəti Qərb tərəfindən ehtimal olunan maliyyələşmə ilə əlaqədar olaraq bənzər valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib.