COVİD-19 yenə bir neçə həkimin ölümünə səbəb oldu

Mingəçevirdə Sanitar-Epidemioloji Dispanserin baş həkiminin də koronavirusa yoluxaraq vəfat etdiyi bildirilir.

Source: Meydan TV


İnfeksiyaya yoluxmuş reanimatoloqun aparata qoşulmadığı deyilir

Noyabrın sonundan dekabrın əvvəlinədək daha iki tibb əməkdaşı koronavirusdan vəfat edib, bir nəfərin vəziyyəti isə ağırdır.

Bu barədə Meydan TV-yə həkimlərin yaxınları məlumat veriblər.

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın həkimi Şaiq Əliyev COVİD-19 infeksiyasına yoluxub. Aparılan müalicələrə baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.

Untitled design (22).png
Şaiq Əliyev

Mingəçevirdə Sanitar-Epidemioloji Dispanserin baş həkiminin də koronavirusa yoluxaraq vəfat etdiyi bildirilir.

Tibbi Klinik Mərkəzdə (Semaşko) reanimatoloq işləyən, aylardır koronavirusa yoluxmuş xəstələrin müalicəsində iştirak edən 62 yaşlı həkim Südabə Həsənova da infeksiyaya yoluxub. Bu barədə həkimin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilir ki, vəziyyəti ağır olsa da, onu ECMO aparatına qoşmayıblar. Bununla bağlı yaxınlarının müraciətləri cavabsız qalıb.

TƏBİB-dən isə COVİD-19 infeksiyasına yoluxan və vəfat edən həkimlərlə bağlı sualları cavablandırmayıblar.

Untitled design (21).png
Südabə Həsənova
Ana səhifəSosialCOVİD-19 yenə bir neçə həkimin ölümünə səbəb oldu