COVİD-19 Azərbaycanda: 10 ölüm, 1022 yoluxma

“Bugünkü test sayı isə 10179-dur”.

Source: Архив


480 nəfərin sağaldığı bildirilir

Oktyabrın 30-da Azərbaycanda 10 xəstə COVİD-19 infeksiyasından ölüb, 1022 adam infeksiyaya yoluxub, 480 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 54 min 174 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 42 min 996 nəfər müalicə olunaraq sağalıb, 718 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 10460 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 341 min 466 testin aparıldığı bildirilib:

“Bugünkü test sayı isə 10179-dur”.

Ana səhifəSosialCOVİD-19 Azərbaycanda: 10 ölüm, 1022 yoluxma