COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq iqlim ədaləti müzakirələrinə ev sahibliyi etməsi ilə yanaşı, həm də ölkədə artan siyasi təzyiqlər, media azadlığının məhdudlaşdırılması və ekoloji fəlakətlər mövzusunda bir çox suallar doğurur.
Bu, Azərbaycanın beynəlxalq ictimaiyyətə özünü necə təqdim etdiyi və əslində nələrin baş verdiyi arasındakı ziddiyyətlərin bariz göstəricisidir. Misir və Birləşmiş Ərəb Əmirliklərindən sonra BMT-nin sayca 29-cu Tərəflər Konfransı bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Hökumət bu tədbirə indiyədək Bakıda keçirilmiş digər tədbirlərdən daha üstün yanaşır.
Dünyanın müxtəlif ölkələrindən 80 minə qədər nümayəndənin iştirak edəcəyi 10 günlük tədbir həm də ev sahibi ölkənin ekoloji və siyasi durumunu müzakirə etmək üçün zəmin yaradacaq.