COP29-da aksiya keçirən fəal zorakılığa məruz qalıb

COP29-da təkadamlıq aksiya keçirib, sahibsiz itlərin güllələnməsinə etiraz edən heyvan haqları fəalı zorakılığa məruz qalıb. Kamran Məmmədli deyir ki, onu mühafizə xidməti saxlasa da, sonradan polislərə təhvil veriblər.

Daha əvvəl DİN-dən də Meydan TV-yə Kamran Məmmədlinin mühafizə xidməti tərəfindən saxlandığı deyilmişdi.

Heyvan haqları fəalı etirazında sahibsiz heyvanların güllələnməsinə diqqət çəkdiyini deyir. O, bildirir ki, hökumət COP29 öncəsi “Toplan”ı ləğv etdiyini açıqlasa da, qurum hələ də fəaliyyətini davam etdirir.

Heyvan haqları fəalı gələcəkdə həbs edilmə təhlükəsini də real sayır.

Ana səhifəXəbərlərCOP29-da aksiya keçirən fəal zorakılığa məruz qalıb