Azərbaycanda ilk dəfədir cinsi təhsillə bağlı dərs keçiriləcək. Seks terapevt Şəbnəm Sadıqova Təhsil Nazirliyinin pilot layihəsi çərçivəsində noyabrın 1-dən 72 saylı orta məktəbdə dərslərə başlayacaq.
Şəbnəm Sadıqova deyir ki, bu dərslər uşaqlara öz bədənlərini tanımağa, yaxşı və pis toxunuşun fərqini, həmçinin nəyin qısnama olduğunu dərk etməyə kömək edəcək. O, bu layihənin cəmiyyət tərəfindən müsbət qarşılanacağına şübhə ilə yanaşsa da, nəticənin onu təəccübləndirdiyini deyib.
Məktəblərdə cinsi təhsilin tədris olunmağı ilə bağlı Bakı sakinlərinin də fikirlərini öyrəndik.
Seks terapevt Şəbnəm Sadıqova gələcəkdə cinsi təhsillə bağlı dərslərin kurikuluma salına biləcəyinə inanır. Təhsill Nazirliyi isə onun qədər nikbin deyil. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli deyir ki, cinsi təhsillə bağlı müxtəlif dərslərdə məlumat verilir. Bunun ayrıca bir fənn kimi keçirilməsi nəzərdə tutulmayıb.