Çin itləri yeyiləcək heyvan siyahısında çıxarıb

Çərşənbə günü ictimaiyyətə açıqlanan təlimatda 18 ənənəvi heyvandarlıq növü, o cümlədən mal-qara, donuz, quş əti və dəvə daxil edilib.

Source: Foto: google.ru


Artıq itlər sadəcə ev heyvanı olacaq

Çin itləri heyvandarlıqdan daha çox ev heyvanı kimi təsnif etmək üçün yeni təlimat qaydaları hazırlayıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi deyib.

“Reuters” xəbər verir ki, hökumətin bu addımı koronavirusa cavab olaraq atılıb.

Baxmayaraq, it əti bir çox bölgədə delikates olaraq istifadə edilir, Kənd Təsərrüfatı Nazirliyi çərşənbə günü bildirib ki, itlər artıq mal-qara hesab edilməyəcək. Bu təlimata əsasən heyvanlar qidalanma, süd, xəz, lif və dərman təmin etmək, idman və ya hərbi ehtiyaclara xidmət edəcək növlərə bölünürlər.

“Köpəklərə gəldikdə, insan sivilizasiyasının tərəqqisi və ictimaiyyətin heyvanları qorumağa olan sevgisi ilə yanaşı, itlər yoldaşlıq etmək üçün “ixtisaslaşıb” və beynəlxalq miqyasda mal-qara hesab edilmir. vÇində də heyvandarlığın tərkib hissəsi olaraq tənzimlənməyəcək”,- təlimatda deyilir.

Koronavirusun yarasalardan əmələ gəldiyinə inanılır və Vuhan şəhərinin bazarlarında vasitəçi heyvanlar tərəfindən insanlara ötürüldüyü bildirilir.

Çin vəhşi heyvanların yetişdirilməsi, ticarəti və istifadəsini qadağan edib və mövcud bütün lisenziyaları ləğv edib. Bununla yanaşı qadağanı qalıcı hala gətirmək üçün qanunvericiliyin yenidən gözdən keçiriləcəyi deyilir.

Çərşənbə günü ictimaiyyətə açıqlanan təlimatda 18 ənənəvi heyvandarlıq növü, o cümlədən mal-qara, donuz, quş əti və dəvə daxil edilib.

Bundan əlavə, təlimata maral, alpaka, qırqovul, dəvəquşu və tülkü də daxil olmaqla vəhşi heyvan ticarəti məhdudiyyətlərinə daxil edilməmiş 13 “xüsusi” növ əlavə edilib.

Çində it istehlakı getdikcə populyarlığını itirir və cənub Shenzhen şəhəri keçən ay it istehlakını qadağan edən ilk şəhər olub.

“Human Society İnternational” hələ də Çində oğurlanmış ev itləri də daxil olmaqla ildə 10 milyona yaxın itin öldürüldüyünü deyir.

Ana səhifəDünyaÇin itləri yeyiləcək heyvan siyahısında çıxarıb