Cənubi Qafqazda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 42 579-a çatıb.

Source: соцсети


Azərbaycanda 1175, Gürcüstanda 1852, Ermənistanda 1194 nəfərdə koronavirus aşkarlanıb

Noyabrın 1-də açıqlanan statistikaya görə Azərbaycanda bir gündə virusa yoluxma sayı 1175 olub.

10 nəfər isə COVİD-19 infeksiyasından ölüb. Xəstələrdən 614 nəfəri sağalaraq evə buraxılıb.

Azərbaycanda indiyə qədər 56 min 444 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 44 min 157 nəfər müalicə olunaraq sağalıb, 740 pasiyent ölüb. Aktiv xəstələrin sayı 11547 nəfərdir.

Son 1 ayda Gürcüstanda da koronavirusa yoluxma statistikasında kəskin artım olub.

Son sutkada 1 852 nəfərin koronavirusla bağlı testi pozitiv çıxıb. 1 696 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər isə ölüb.

Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının məlumatında belə deyilir. Gürcüstanda indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 42 579-a çatıb.

Sağalanların sayı 26 800, ölənlərin sayı isə 342 olub.

Hazırda bu ölkədə karantin zonalarında 2 977 nəfər saxlanılır, 29 876 nəfər isə özünütəcrid rejimindədir.

Ermənistanda isə son bir sutkada 1194 nəfərdə koronavirus aşkarlanıb. 28 nəfər ölüb.

Məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Son rəqəmlərlə Ermənistanda virusa yoluxanların sayı 93 448-ə yüksəlib.

Ölənlərin sayı 1 391-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 376-ya yüksəlib. İndiyədək 56 466 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 35 215 aktiv koronavirus xəstəsi var.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.

O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi. Oktyabrın 29-da 1015, 30-da 1022, 31-də isə 1095 yeni yoluxma faktının qeydə alındığı açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialCənubi Qafqazda koronavirusla bağlı son vəziyyət