Çempionlar Liqasında ilk finalçının adı məlum olub

Foto: Bola.net

“Milan”ı məğlub edən “İnter” həlledici oyuna vəsiqə qazanıb

Mayın 16-da UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürüb.

İlk finalçının adına İtaliyada keçirilən Milan derbisində aydınlıq gəlib. “Cüzeppe Meatsa” stadionunda keçirilən qarşılaşma saat 23:00-da başlayıb.

İlk oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” cavab matçında da məğlub olub. 1:0 hesablı qələbə qazanan “İnter”, UEFA Çempionlar Liqasının həlledici oyununda mübarizə aparacaq.

“İnter”in finaldakı rəqibinin adına mayın 17-də keçiriləcək oyunda aydınlıq gələcək. İspaniyanı təmsil edən “Real” klubu İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Qarşılaşma saat 23:00-da başlayacaq. Madriddə keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşıb.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Ana səhifəİdmanÇempionlar Liqasında ilk finalçının adı məlum olub