Azərbaycan çempionu Bakıdakı oyunda məğlub olub
“Qarabağ” klubu avqustun 6-da UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
“Köhlən atlar” 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 20:00-da start götürüb.
Qarşılaşma “Qarabağ”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Komandalar arasında cavab oyunu avqustun 13-də “Ludoqorets Arena”da keçiriləcək.