Çempionlar Liqası: “Mançester Siti” “Real”ı məğlub edib

Foto: Marca

İngiltərə klubu finalda “İnter”ə rəqib olub

Mayın 17-də UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

İspaniyada keçirilən ilk matçda “Real”la 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibi ilə İngiltərədə üz-üzə gəlib. “Etihad” stadionunda keçirilən oyun saat 23:00-da start götürüb.

Qarşılaşma “Mançester Siti”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə əsasən, final görüşünə İngiltərə təmsilçisi vəsiqə qazanıb.

“Mançester Siti” final oyununda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Ana səhifəİdmanÇempionlar Liqası: “Mançester Siti” “Real”ı məğlub edib