“Cəmiyyəti şişirdilmiş rəqəmlərlə aldadırlar”

Vahid Məhərrəmov: “Gömrükçülərin maxinasiyası nəticəsində dövlət büdcəsi milyon manat itirir

Source:


Vahid M


ə


h


ə


rr


ə


mov: “G


ö


mr


ü


k


çü


l


ə


rin maxinasiyas


ı


n


ə


tic


ə


sind


ə


d


ö


vl


ə


t b


ü


dc


ə


si milyon manat itirir”

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1992 –ci ildən sahibkarlara 1 mlrd 366 mln 546 min güzəştli kredit verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, indiyədək 22 min 447 sahibkar güzəştli kredit alıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov “Turan İA”-na bildirib ki, kreditlərin məbləği iqtisadi inkişafın real nətəcələrini əks etdirmir. Əslində Fond kiçik və orta sahibkarlara kömək etməli idi. Amma 2003-cü ildən yüksək rütbəli məmurlara bağlı olan iri sahibkarların hərəsinə 10 mln-a qədər kredit verilir. Xərclənən vəsaitlər üzrə məsuliyyət və hesabat yoxdur.

“Bu kreditləşmə fonunda kənd təsərrüfatı malları idxalından asılılıq artır. 10 il əvvəl ildə 70 min ton süd idxal edilirdi, 2013-cü ildə ölkəyə 700 min ton – adambaşına 72 litr süd gətirilib. Ötən il Gürcüstandan 109 min baş iribuynuzlu mal-qara gətirilib. Gömrükdə 120 kq diri çəkili mal-qaranın biri 29 manata bəyan edilib. Cəmiyyəti şişirdilmiş rəqəmlərlə aldadırlar, gömrükçülərin maxinasiyası nəticəsində dövlət büdcəsi milyon manat itirir” – deyə ekspert bildirib.

SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. 2013-ci ildə Fond 4500 layihəyə 275 mln manat güzəştli kreditlər verib. 2014-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 280 mln manata çatacaq. Bu strukturun ətrafında qalmaqallar bitmir.

Ana səhifəXəbərlər“Cəmiyyəti şişirdilmiş rəqəmlərlə aldadırlar”