Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ABŞ-a son səfərinə dair mətbuat konfransı keçirib. O, konqresdə, dövlət deportamentində və bir sıra insan haqları müdafiə təşkilaqtlarındakı görüşlərindən danışıb. Cəmil Həsənli Konqresdə baş tutan ilk görüşdə Azərbaycanda keçirilmiş prezident seçkiləri və xüsusən də ölkədə 140-dan çox siyasi məhbusun olması məsələsinin müzakirə edildiyini bildirdi.