“Seçki prosesinə start verildiyi gündən başlamış Konstitusiya Məhkəməsi səviyyəsində də həyata keçirildi” deyən Cəmil Həsənli, 21 oktyabrda baş tutan mətbuat konfransında Konstitusiya Məhkəməsinin tələsik qərarı və elə eyni sürətlə İlham Əliyevin keçirdiyi inaqurasiya mərasiminə də münasibət bildirib. Milli Şuranın lideri prezident seçkilərində baş verən qanun pozuntularına dair Avropanın bir sıra siyasi qurumlarında keçirdiyi görüşlərindən də danışıb.