Cəmil Həsənli: “Hökumət dini də narkotikə bulaşdırıb”

Üç tonda üç milyon qram var. Buna görə bir kişi hələ məsuliyyət daşımayıb. Deməli  bu dövlət siyasətidir.

Bu fikirləri AXCP-sədri Əli Kərimli, Milli Şuranın  “Azərbaycanın narkotrafik məkanına çevrilməsi” adlı tədbirində səsləndirib. İyulun 30-da reallaşan tədbirdə Gürcüstanda saxlanılan  3 ton heroinlə bağlı Azərbaycan tərəfindən heç bir açıqlamanın verilməməsi məsə ləsi müzakirə edilib.

Gürcüstanda hüquq müdafiə orqanları tərəfindən saxlanılan 3 tonluq heroinin ölkədən necə keçməsini müzakirə edən iştirakçılar, bu məsələdə Azərbaycanın dövlət qurumlarının xəbərdar olduğunu vurğulayıblar. “Azərbaycandan keçirilmiş nəhəng narkotik yükünün Gürcüstanda tutulması, ölkənin ciddi narkotrafik məkanına çevrilməsi barədə növbəti xəbərdarlıqdır”, – deyən, Milli Şura rəhbəri Cəmil Həsənli son dövrlər respublikada din xadimlərinin də narkotik ittihamı ilə həbs olunmasına diqqət çəkib.

Turan informasiya Agentlininin direktoru Mehman Əliyev narotikin böyük hissəsinin Rusiya və Avropaya ötürüldüyünü deyir. Onun fikrincə, Azərbaycan tərəfi Gürcüstan olayında susursa, deməli, deyilənlərlə razıdır.

Çıxış edənlər BMT-nin hesabatında Azərbaycanın narkotilə bağlı adının hallanmasını və ölkədəki 5-6 ailədən birinin istifadəçi olmasını mənfi qiymətləndirərək bildiriblər ki, hazırda respublikada 500 min nəfər narkotikin daxili bazar üçün istifadəçisi var.


T


ə


dbird


ə

narkomaniya və narkobiznesə qarşı mübarizə qurumunun polisin tərkibindən çıxarılması məsələsi də gündəmə gəlib.

Ana səhifəVideoCəmil Həsənli: “Hökumət dini də narkotikə bulaşdırıb”