Cəhənnəm halqaları yaxud çevrənin içindəki qaçış

Mövsün Hacıyevin Azərbaycandakı son siyasi atmosferlə əlaqədar təhlil yazısı

Source:

2013-ci il seçkiləri məntiqi sonluğuna çatır. Azərbaycanın hazırki hakiminin növbəti müddətdə də öz səlahiyyətlərinə sahib olacağına, bunun təşkil olunacağına heç bir şübhə yoxdur. Şərti adı Mərkəzi Seçki Komissiyası olan ofisin İlham Əliyevə nə qədər faiz «yazacağı» da müzakirə mövzüsu deyil – sözsüz ki, bu 80 faizdən çox olacaq. Sadəcə ona görə ki, Azərbaycan hökümətinin həmişə ölçü məsələsi ilə bağlı problemi olub, onların davranış məntiqi isə «iki dəfə iki bərabərdi dörd» qədər sadədir. Amma doğrudanmı Azərbaycan reallığı çıxış yolu olmayan lənətli çevrədir?

Hər şey bir az başqa cür başlamışdı. Hələ keçən ilin əvvəlindən bu kampaniyadan gözləntilər tamam başqa idi. Bakının mərkəzindəki izdihamlı etiraz mitinqlərini götürək – son səkkiz ildə ölkə belə bir şey görməmişdi. Situasiyanı dəyişən şey bundan ibarət idi ki, etiraz edənlər əsgər ölümlərinə etiraz olaraq, çıxırdılar – hamıya da məlum idi ki, aksiya iştirakçıları orduda nizam-intizamın yaradılmasından daha çox şey tələb edirlər. Hiss olundu ki, cəmiyyətdəki total qorxu yavaş-yavaş səngiyir – bu isə artıq işin yarısı idi. Hökumətə və onun əsas, faktiki aləti olan güc strukturlarına ehtiramla dolu tabelik hissinin itməsi xırda insidentlərdə müşahidə olunurdu – Bakıda yoldan keçənlər keçiddən istifadə etmədiyinə görə əsgəri cərimələmək istəyən polisi qovdular. Hadisələrin kulminasiyası isə İsmayıllı hadisələri oldu- kuluarlarda belə söhbətlər gəzməyə başladı ki, bir neçə belə hadisə baş versə, rejimin sonu çatacaq. Məntiq sadə idi – ölkəni kütləvi həyacanlar bürümüşdü və rejim fiziki olaraq bu həyacanları yatıra bilmirdi. Bu həyacanların olduqca real olması isə kənardan qanunauyğun görünürdü – Şimali Afrikadan, Yaxın Şərqdən əsən küləklər Azərbaycandan da keçirdi. Hadisələr elə sürətlə inikişaf edirdi ki, müxalifət nümayəndələri bizləri əmin edirdilər ki, bu rejimin sonu hələ oktyabr seçkilərinə qədər çatacaq. Ümumi trend belə idi – «yaya qədər Azərbaycanda demokratik reallıq təmin olunacaq, oktyabrda isə insanlar seçki qutularına yaxınlaşıb, özünə yeni prezident seçəcək». Az qala 2013 dəyişikliklərinin simvoluna çevrilən Rustəm İbrahimbəyov da buna oxşar bir şey deyirdi. Qalanları isə eyni şeyləri eyni əminliklə, amma təkcə kuluarlarlarda deyirdilər.

Hakimiyyətin reaksiyaları da vəziyyətin ciddiliyini təsdiqləyirdi- rəsmi dairələr panikaya qapılmışdılar. Polisin müxalifətçilərin evinə soxulub, oradakı yığıncaqları dağıtması hətta Azərbaycan kimi bir ölkə üçün belə ifrat idi. Belə şeylər daha çox özbəklərin reallığına yaraşırdı. Bu əməliyyatlarda hadisələrin qanun çərçivəsində olmağı müzakirə mövzusu deyil – DDQ (VDV) alayının balet truppasına nə qədər dəxli varsa, bu əməliyyatların da qanuna o qədər dəxli var. Çətin ki, məsələn, AXCP-nin Şəki və ya Sabirabad rayon təşkilatlarında ölkədəki rejimin devrilməsi barədə söhbətlər gedəydi – getsəydi belə, bu söhbətlərin stenoqramı axşam MTN-in əlində olardı. Eyni şeyi Lənkaran hadisələri barədə də demək olar – «Müsavat» partiyasının lideri İsa Qəmbəri iki dəfə öz partiyasının tərəfdarları ilə görüşməyə qoymadılar. Vəziyyət o qədər qeyri-adekvat, hökumətin özünü aparması isə o qədər ağlasığmaz idi ki, sosial şəbəkələrdə kifayət qədər populyar bir mövzu müzakirə olunmağa başladı – bəlkə bütün bunlar başqanın piarı üçündü? Hakimiyyətin belə isteriya tutmalarını başqa izahı inandırıcı görünmürdü. Məlumdur ki, İsa Qəmbər Lənkaranda AXC fəallarının 1990-cı ilin yanvarındakı bölgədə hakimiyyəti ələ keçirmək cəhdini təkrarlamaq fikri yox idi. Ya da ki, bir dəstə lənkəranlı ilə Bakıya hərəkət eləmək fikri…

Məlumdu ki, hazırki hakimiyyətin əsas elektoratı Ramil Usubovun bütün seçkilərin müqəddəratını həll edən apaçiləri idi. Amma hakimiyyət göstərdi ki, o mütəmadi olaraq, hər dəfə seçkiərəfəsi Azərbaycan üçün yeni reallıqlar artıracaq. 2003-cü ildə bu reallıqlar «karusellər»dən ibarət idi – bir dəstə adamı seçki məntəqələrinə gətirir və bu adamlar dəfələrlə səs verirdilər. Bu üsulu Azərbaycana rusiyalı siyasi texnoloqların məsləhətləri ilə gətirmişdilər. Bu üsulu bizdə sınaqdan keçirəndən iki ay sonra, 2003-cü ilin dekabrında ruslar bu texnikanın öz seçkilərində istifadə elədilər. 2013-cü ildə hakimiyyət görünməmiş seçki yenilikləri təqdim elədi. İlk növbədə bu yenilklər piar texnologiyaları ilə bağlı idi. 2013-cü ilin əvvəlinə qədər müxalifətlə söz savaşına girənlər əsasən «zombiləşdirmə» kanalları – «Lider» və ya «Space» idi. Axı, «Səs» və «Yeni Azərbaycan» qəzetini «Azadlıq»ın oppnenti hesab edə bilmərik. Hakimiyyətə məxsusluğu şübhə doğurmayan digər nəşrlər isə arada müxalifətə diş qıcımaqla ötüşür və əsas davaya girişməkdən çəkinirdilər.

Bu fonda yeganə seçilən «Haqqin az» layihəsi oldu. Bəzi məlumatlara görə bu layihənin kuratoru bilavasitə prezident administrasiyasının hüquq şöbəsinin müdiri Fuad Ələskərov olub. Bu resurs iki cəhəti ilə fərqlənirdi- əvvəla ona görə ki, hakimiyyətə işləyən KİV-lərin peşəkarlıq səviyyəsi göstərici olmamışdı. Düzdü, qısa bir müddətdə prezident administrasiyasının katibliyinin o vaxtı rəhbəri Eldar Namazovun «Panorama» qəzeti fərqləndi. İlk mərhələdə bu aspektə baxanda, belə qənaətə gəlmək olardı ki, «Haqqin az» da «Panorama» kimi qısa, keçici bir müddətdə siyasətdaxili diskursun əsas hissəsidir. Amma «Panorama»dan fərqli olaraq, məhz «Haqqin az» Azərbaycanda qara piarın ilk qaranquşu oldu. Bu rejimin hakimiyyəti dövrundə, 20 il ərzində qara piar formalaşması prosesi arasıkəsilmədən gedirdi – amma İsa Qəmbərin guya milliyətcə kürd olması, Əli Kərimlinin Elçibəyi zəhərləyib öldürməsi, Pənah Hüseynin milyonları məsələləri cəmiyyətdə ciddi müzakirələr doğurmadı. 2013-cü ildəki başqa nailiyyət isə hakimiyyətin qara piar işinin bütün peşəkar incəliklərinə yiyələnməsi oldu. Belə piar gedəndə, heç kim oxucuya demirdi ki, güya müxalifət ermənilərə işləyirdi, amma qəfildən FMM-ə istinadən xəbər verilirdi ki, Rüstəm İbrahimbəyov rusiya vətəndaşlığından imtina etmək üçün ərizə verməyib. Düzdü, bu xəbəri elə səhəri gün ruslar təkzib etsələr də, piar təcrübəsi göstərir ki, heç bir təkzib dezinformasiyadan güclü effekt doğura bilməz. Birincisi ona görə ki, xılt həmişə qalır, ikincisi, xəbərdən fərqli olaraq, təkzib heç də hamıya gedib çatmır. Ya da Cəmil Həsənlinin prezidentin ailəsini təqir elədiyini, Hafiz Hacıyevin isə sadəcə onun sözünü kəsmək istədiyini inadla xəbər vermək. Bunun tam əksinə olduğunu TV-yə və YouTube-ə baxmağa ərinməyən insanların hamısı görsə də, qoca Gebbelsin əsasını qoyduğu qara piarın öz qanunları var.

İkinci hiss olunan gediş, seçki kampaniyasının formatındakı dəyişikliklər oldu. Kampaniyanın 2 aydan üç həftəyə qədər qısaldılması mahiyyətcə müxalifət üçün böyük zərbə oldu – özü də nəzərə alanda ki, vahid namizəd Cəmil Həsənli ictimai fikir üçün yeni, Bakıda belə az tanınan fiqur idi və onun davamlı piara ehtiyacı var idi. Dəyişkliklər namizədlərin televiziya çıxışlarının formatında da özünü göstərdi – müxalifət namizədinin altılıq namizədin göndərilməsi – Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş katibi Ramiz Mehtiyevin əsas kartı – üsulu idi – sərf eləməyən opponentin səsini qaragüruhla, qışqırmaqla batırmaq partiya yığıncaqlarının əsas təcrübəsi idi. Altılıqların müxalifət namizədin üstünə qışqırmaqla, onun diqqətini öz üzərinə çəkməyi isə əvvəldən məlum idi. Təkcə burada rəsmilərin hasablamaları özünü doğrultmadı – Cəmil Həsənli nadir istisnaları saymasaq, hədəfə ancaq İlham Əliyevi alır, onun fan-klubuna fikir vermirdi.

Bir sözlə, hökumətin keçirdiyi seçkiqabağı kampaniyanı seçicilərin səsini almaq uğrunda mübarizə adlandırmaq çətindir. Bakıdakı seçki kampaniyalarında faktiki olaraq, rusların 2011/2012-ci illərdəki təcrübələrini kopyalayırdılar. Xatırladaq ki, o vaxt hakimiyyətin opponnetlərinin əsas opponenti hakimiyyətyönlü Life News kimi internet resursları idi. Bundan başqa, Vladimir Putin seçkilərdə özünün dəfələrlə dağıtdığı sparrinq partnyorlarının kampaniyasında iştirak eləyirdi. Amma Bakı təcrübəsi Moskvadakının karikaturasına oxşadı. Məsələ bundadır ki, Putinin rəqibləri – Mironov, Züqanov və Jirinovski Dağlar Çarının ünvanına bir-başa çıxışlardan çəkinsələr də, bütün kampaniyanı öz xeyirlərinə istifadə edirdilər. Ən azı, Moskva ekranlarından «mövcud hakimiyyətin daxili və xarici siyasətini tam dəstəkləmək»dən danışmırdılar. Rəsmi strukturlar özlərinin piar kampaniyasında qaranlığa kösöv bulamışdılar – internet resurslar əhalinin inkişaf etmiş hissəsinə yönəlsə də, etiraz edən elektoratın əsas hissəsini də məhz bu zümrə təşkil edirdi. Bu zümrə isə informasiya üçün əsasən Haqqin.aza deyil, alternativ mənbələrə, ilk növbədə sosial şəbəkələrə müraciət edirdi. Bundan əlavə, əgər Rusiya Federasiyasında hakimiyyətyönlü KİV-lər bir tərəfdən müxalifətdaxili ziddiyyətləri peşəkarcasına istifadə edir, digər tərəfdən də elektoratı millətçi müxalifətin artımı ilə qorxudaraq, piar müharibəsində qalib gəldi və opponetlərin bir dəfə də olsun, kobud provokasiyaya çəkmədilər. Azərbaycanda jurnalistlər rejimdən yetkin piar müharibəsinə olduqca banal münasibətdə idilər. «Siz hələ bir özünüzə baxın» ya da «səviyyəsiz özünsən» kimi arqumentlər Azərbaycandakı seçki kampaniyalarında da çox zəif arqumentlər idi. Nəticədə 2012-ci ilin martında Putinin prezident seçkilərində qələbəsini hətta «Qolos» müxalifət mərkəzi də tanıdı, hərçənd, rəsmi 72 faiz səsi 62 hesabladı.

Hakimiyyətə gəlincə, indiki təcrübə də göstərdi ki, zahiri, diqqətə layiq olmayan hesablamalara baxmayaraq, Bakıda yeni heç nə kəşf etməyəcəklər. Yəni, hər şey öz qaydasında davam edəcək, seçkilərin taleyi də köhnə və yoxlanmış üsullarla həll olunacaq. Konkret olaraq isə Pənahov – Usubov formatında. Bu etapda hətta rus standartları da Azərbaycana dumanlı gəlir. Vəziyyətin ümumi analiz ionu göstərir ki, maksimum səs almaq məsələsi kimi bir məqsəd yoxdu – əsas məsələ seçki günü deyil, seçkinin sabahıdı. Konkret desək, müxalifətin küçələrə nə qədər adam çıxarmağıdı. Yasamaldakı mitinqlər göstərdi ki, belə aksiyalar hakimiyyəti düzgün seçkilər keçirməyə məcbür eləmək üçün azdı. Bu isə, tamam başqa yazının mövzusudu.

Ana səhifəMənim FikrimcəCəhənnəm halqaları yaxud çevrənin içindəki qaçış