Vaxtilə Ermənilərin yaşadığı kənddən reportaj

1991-ci ilə qədər Göygöl rayonunun Çaykənd kəndində xeyli erməni sakin yaşayıb. Elə həmin ilin 30 aprelində OMON-un keçirdiyi əməliyyatla onlar buradan köçürülüb, əvəzində 1988-89-cu illərdə Ermənistandan Azərbaycana deportasiya edilən azərbaycanlılar həmin kəndə yerləşdirilib.

Çaykənddə xristan əhaliyə aid iki tarixi məkan da var, bunlardan biri XVI əsrə aid Anaid məbədi, digəri isə Müqəddəs Məryəm kilsəsidir. Deyilir ki, vaxtilə kəndin erməni əhalisi kilsə və məbəddə ibadət ediblər.

Hər iki abidənin önündə “Dövlət tərəfindən qorunur” yazılsa da, baxımsız haldadır. Kənddə vaxtilə erməni sakinlərə xidmət göstərən, indi isə istifadəyə yararsız tibb məntəqəsi də var.   2009-cu ildəki siyahıyaalmaya görə, kənddə 2574 nəfər yaşayır.

Ana səhifəVideoVaxtilə Ermənilərin yaşadığı kənddən reportaj