“Casusluq” və “dövlətə xəyanət” ittihamı: fransalı iş adamı və hüquqşünasa hökm oxundu

Martin Ryan, foto: Aziz Karimov

Martın 16-da, Bakı Ağır Cinayətlər Məhkəməsində fransalı iş adamı Martin Ryanın və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin yekun məhkəmə prosesi keçirilib.

Hakim Elmin Rüstəmov sədrliyi ilə keçirilən məhkəmə prosesində ittiham olunan şəxslərə hökm oxunub.

Belə ki, məhkəmənin qərarı ilə Azad Məmmədli 12 il, Martin Ryan 10 il müddətinə azadlıqdan müddətinə azadlıqdan məhrum ediliblər. Onların ciddi rejimli həbsxanaya köçürülməsinə qərar verilib.

Onlar 2023-cü il dekabrın 4-də həbs olunub.

Martin Ryan Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq), Azad Məmmədli isə 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

Bakıda fəaliyyət göstərən və qida məhsulları və xammal idxalı üzrə  ixtisaslaşan “Mercorama” şirkətinin baş direktoru, 1988-ci il təvəllüdlü Martin Ryan Fransanın Monpelye Universitetində “beynəlxalq əlaqələr, hərbi tarix və geosiyasət” ixtisası üzrə təhsil alıb.

Sonradan iş adamı kimi, şərabçılıq ticarətilə məşğul olub.

İxtisasca hüquqşünas olan 1995-ci il təvəllüdlü Azad Məmmədli ali təhsilini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq fakültəsində alıb.

Daha sonra Fransada magistr təhsili alıb. Orada təhsilini başa vurandan sonra bir neçə il Bakıda Beynəlxalq Bankda hüquqşünas işləyib, bir müddət Böyük Britaniyada yaşayıb.

Adları çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət işinin istintaqı da bu qurumun İstintaq İdarəsində aparılıb. 

Ana səhifəSiyasət“Casusluq” və “dövlətə xəyanət” ittihamı: fransalı iş adamı və hüquqşünasa hökm oxundu