Buster doza vurdurmayanlar bəzi məkanlara buraxılmayacaq

Fevralın 15-dən gücləndirici – buster dozası olmayanlar restoran, mehmanxana, iri ticarət mərkəzlərinə və digər müəssisələrə buraxılmayacaq. COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş yaşı 18-dən yuxarı şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir.

Bakı sakinlərindən soruşduq ki, üçüncü dozası olmayanların ictimai iaşə müəssisələrinə buraxılmamalarına nə deyirlər?

Həmçinin bəzi xidmət sahələrində də işçilərin üçüncü doza ilə peyvəndlənməsi məcburidir.

Operativ Qərargahdan mətbuata verilən açıqlamaya görə, son sutkada buster doza üzrə vaksinasiya olunanların sayı isə 66330 nəfərdir.

Ana səhifəVideoBuster doza vurdurmayanlar bəzi məkanlara buraxılmayacaq