“Buker”in qalibi ingilis yazıçısı oldu

Samanta Harvi. Foto-screenshot: “thebookerprizes.com” saytından

Samanta Harvi mükafatı “Orbit” romanına görə alıb

“Buker” (The Booker Prize) ədəbiyyat mükafatının builki qalibi açıqlanıb.

Britaniyalı yazıçı Samanta Harvi “Orbit” romanına görə bu mükafatı qazanıb.

Mükafatlandırma mərasimi Londonda olub və bu il münsiflər heyətinə britaniyalı yazıçı və rəssam Edmund de Vaal rəhbərlik edib.

O, münsiflər heyətinin yekdilliklə Samanta Harvinin romanına üstünlük verdiyini söyləyib.

Samanta Harvi 2019-cu ildən bəri mükafatı qazanan ilk qadındır.

136 səhifəlik roman beynəlxalq kosmik stansiyada altı astronavtın həyatının bir günündən bəhs edir.

“Buker” 1969-cu ildən verilir.

Mükafat istənilən millətdən olan yazıçıların ingilis dilində yazılmış və Britaniya və ya İrlandiyada son bir ildə nəşr olunmuş bədii əsərlərinə açıqdır.

Qalibə həmçinin 50 min funt sterlinq mükafat da təqdim edilir.

Ana səhifəMədəniyyət“Buker”in qalibi ingilis yazıçısı oldu