Bu kəndlərə baxmaq olar, getmək olmaz (VIDEO)

Ağdam rayonunun Bayramlar və Qərvənd  kəndləri Ermənistanın işğalı altındadır. Əraziyə yaxınlaşmamaq üçün “Mina var” , “Giriş qadağandır” qeydləri vurulub.

Bayramlar və Qərvənd kəndləri Mirəşəlli kəndindən görünür. Bu kəndlərə yalnız baxmaq mümkündür, lakin oralara getmək olmur.

Mirəşəlli kənd sakini Rəfael Ağayev deyir ki, ərazidəki qəbirstanlıq Azərbaycan tərəfdədir. Amma qəbirləri ziyarətə gedən sakinləri yaxınlıqda olan erməni postundan atəşə tuturlar.

Ana səhifəVideoBu kəndlərə baxmaq olar, getmək olmaz (VIDEO)