“Vlast.kz”nin xəbəri
Ölkədə bəzi hərbi-vətənpərvər tədbirlər planlaşdırılıb
Bu il Qazaxıstanda 7 May Vətən Müdafiəsi Günü və 9 May Qələbə Gününə həsr edilmiş hərbi paradlar keçirilməyəcək. Bu barədə ölkənin Müdadfiə Nazirliyi məlumat yayıb.
“2022-ci ildə Qazaxıstan Respublikası Hərbi qüvvələrinin yaranmasının 30 illiyinə və 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsində Qələbə Gününə həsr edilmiş hərbi paradların keçirilməsi planlaşdırılırmır”, – xəbərdə deyilir.
Bununla yanaşı, Müdafiə Nazirliyində hərbi-vətənpərvər tədbirlər planlaşdırılıb, onların ayrı-ayrı bloklarını Böyük Vətən müharibəsi veteranlarını və Qazaxıstan Respublikası Hərbi qüvvələrinin təntənəli şəkildə təbrik edilməsi təşkil edir. Ölkədə bütövlükdə 50-yə yaxın tədbir planlaşdırılıb.
Qazaxıstanda 7 may hərbi paradı 2019-cu ildən, 9 may Qələbə Günü isə pandemiya başlayandan keçirilmir. Bununla yanaşı, ötən il həmin vaxt prezidentin mətbuat katibi vəzifəsində çalışan Berik Uali xəbər verib ki, Qələbə Günü ilə bağlı təntənəli tədbirlərin keçirilməsi 2022-ci ildə nəzərdə tutulub.