Bu evdə həbslə zarafat edirlər (VİDEO)

Bu evdə həbslə zarafat edirlər. İntiqam Əliyevin ailəsi QHT rəhbərlərinin həbsindən sonra ailə başçılarının da Kürdəxanıya yollanacağını təxmin edib.  Həmin gündən bütün söhbətləri və zarafatları həbslə bağlı olub. İntiqam Əliyev də deyib ki,  neçə vaxtdır bədii kitab oxuya bilmirəm, həbs olunandan sonra əsərlər oxuyub, elə orada ingilis dilini də öyrənərəm. İyulun7-də İntiqam Əliyevin bank hesablarına həbs qoyulandan sonra  ailə özünü həbs xəbərinə alışdırıb.

Prokurorluq işçiləri evdə 5 saat axtarış aparandan sonra sənədləri və şəxsi əşyaları götürüblər.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıqda ittiham olunur. Amma hüquqşünasın ailə üzvləri deyir ki, onu tanıyanların heç biri bu ittihamları qəbul etmir.

İntiqam Əliyevin həbsindən təxminən iki həftə əvvəl Norveç və Çexiya hökuməti ona və ailəsinə ölkələrində sığınacaq təklif edib. Amma hüquqşünas bu təklifdən imtina edib.

Nərmin deyir ki, atası istənilən çətin şəraitə alışmağı bacarır. Həbsxana divarları da ona güc gələ bilməyəcək. Amma bir narahatlığı var, atasının səhhətindəki problemlərə görə ona çox uzanmaq və oturmaq olmaz.  O, həbsxana şəraitinin atasının yalnız hərəkətini məhdudlaşdıracağını düşünür.

Ana səhifəVideoBu evdə həbslə zarafat edirlər (VİDEO)