Brüssel görüşünün növbəti raundu: Moskva “qısqanclığını” açıq dilə gətirdi

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə növbəti dəfə görüşüb. Şarl Mişel bu dəfə də bəzi nəticələrə nail olunduğunu deyib. 

Üçtərəfli görüşlərin davam etdirilməsi üzrə razılıq əldə olunduğu, iyul, yaxud avqustda bu formatda növbəti, sayca 4-cü görüşün planlaşdırıldığı deyilir. 

Rəsmi Moskva Brüssel görüşlərinə “qısqanclığını” ilk dəfə ifadə edib. XİN sözçüsü Mariya Zaxarova deyib ki, Brüssel Rusiyanın Azərbaycan – Ermənistan barışığındakı rolunu onun əlindən almaq istəyir və əldə edilmiş razılıqları həyasızcasına öz adına çıxarmağa çalışır. 

Rəsmi Brüsseldən, Bakı və Yerəvandan isə bu ittihamlara hələlik, reaksiya verilməyib.

Ana səhifəVideoBrüssel görüşünün növbəti raundu: Moskva “qısqanclığını” açıq dilə gətirdi