Britaniyalı nazir Həsən Hüseynlinin həbsindən danışıb

“Mən bir daha Azərbaycan hakimiyyətini siyasi motivli həbslərin artması təmayülü ilə bağlı çoxsaylı çağırışlara və narahatlıqlara reaksiya verməyə çağırıram”

Source:


“M


ə


n bir daha Az


ə


rbaycan hakimiyy


ə


tini siyasi motivli h


ə


bsl


ə


rin artmas


ı


t


ə


may


ü


l


ü


il


ə


ba


ğ


l


ı



ç


oxsayl


ı



ç


a


ğı


r


ış


lara v


ə


narahatl


ı


qlara reaksiya verm


ə


y


ə



ç


a


ğı


r


ı


ram”

Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton Gəncədə hüquq müdafiəçisi Həsən Hüsenliyinin 6 il həbs olunmasını pisləyib.

“Mən Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin xuliqanlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsindən çox məyus oldum.

Son illər Britaniyanın Bakıdakı səfirliyi cəmiyyətdə qadınların rolunun gücləndirilməsi və vətəndaşların sosial fəallığının artırılması üzrə layihələrin həyata keçirilməsində onunla sıx əməkdaşlıq edib.

Hüseynli uzunmüddətli həbs cəzasına məhkum edilmiş növbəti vətəndaş fəalı oldu.

Mən bir daha Azərbaycan hakimiyyətini siyasi motivli həbslərin artması təmayülü ilə bağlı çoxsaylı çağırışlara və narahatlıqlara reaksiya verməyə çağırıram” – deyə Lidinqtonun bəyanatında qeyd edilir.

Ana səhifəXəbərlərBritaniyalı nazir Həsən Hüseynlinin həbsindən danışıb