“Küçə tamaşaları ilə bağlı qoyduğunuz qadağanı qaldırmağı, teatra qarşı təzyiqlərə son qoymağı sizdən xahiş edirik”
Britaniyalı komediya ustası Kris Linam (Chris Lynam) Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.
Küçə tamaşaları ilə bütün dünyada tanınan aktyor son zamanlar ADO teatrı ətrafında baş verənlərdən məyus olduğunu bildirib:
“Küçə tamaşaları ilə bağlı qoyduğunuz qadağanı qaldırmağı, teatra qarşı təzyiqlərə son qoymağı sizdən xahiş edirik. Bu teatrın Azərbaycan mədəniyyəti üçün böyük təkan olduğuna inanırıq. Düşünürük ki, teatrın küçədə tamaşa göstərməsi ölkənizin mədəniyyətində böyük inkişaf yaradacaq".
Kris Linam 44 il öncə şəhər küçələrində kloun kimi çıxış etməyə başlayıb.
O, bütün dünyada “Planetin ən təhlükəli gülməli adamı” kimi tanınır. Aktyor Vyaçeslav Poluninin “Qar şousu” tamaşasında “Yaşıl” obrazı ilə bir çox tamaşaçının yaddaşında qalıb.
Aktyor 2018-ci ildə Bakıda da çıxış edib.