Cinayətkarlıqla Mübarizə Agentliyi həmin vəsaitlərin Azərbaycanın “pulyuyan maşını”na məxsus olduğu qənaətindədir
Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi azərbaycanlı siyasətçi Cavanşir Feyziyevlə əlaqələndirilən bank hesablarında saxlanılan milyonlarla funt sterlinqi müsadirə edib. Aparılan araşdırmadan sonra bu vəsaitlərin Azərbaycanın “pulyuyan maşını”na (çirkli pulların yuyulması üçün mürəkkəb beynəlxalq üsuldur) məxsus olduğu məlum olub.
Maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri, Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarına qoyulmuş 5,6 milyon funt-sterlinqin müsadirə etməyə qərar verib.
Aparılan geniş araşdırmalar nəticəsində C.Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevaya, uşaqlarından biri Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirə məxsus 6 hesabın doldurulması üçün göstəriş verilib.
Müstəntiqlər müəyyən edib ki, “pulyuyan maşın” vasitəsilə pul vəsaiti Estoniya və Latviyadakı bank hesablarının arxasındakı mürəkkəb şirkətlər şəbəkəsinin hesabına köçürülüb və bu proses “qatlama” adlandırılır. Bu pul köçürmələrin bəziləri qanuni və çox vacib biznes əməliyyatları olduqlarını sübut etmək üçün fakturalarla, müqavilələrlə və digər lazımı sənədlərlə həyata keçirilib.
Westminster şəhəri Sülh Məhkəməsində mübahisəli müsadirə məsələsilə bağlı həyata keçirilən, üç həftə davam edən dinləmələrdən sonra məhkəmənin hakimi Con Zany (John Zani) sənədlərin saxta olmasına və bank hesablarının sahiblərinin bunu çirkli pulların yuyulmasıyla bağlı fəaliyyətlərini gizlətmək məqsədi ilə etdiklərinə dair çoxlu sübutlar olduğunu bildirib.
Təqdim olunan sübutları diqqətlə nəzərdən keçirən hakim öz qərarında bildirib ki, o, həmin dövrdə Azərbaycan, Estoniya və Latviyada iri pul vəsaitlərinin yuyulması sxeminin mövcud olması fikri ilə tam razıdır.
Əvvəlcə bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqlik ümumi məbləğdən ilkin olaraq 5,630,994,19 funt-sterlinqin müsadirə olunmasına qərar verilib.
Agentliyin Mülki Bərpa Şöbəsinin rəhbəri Endi Lyus, (Andy Lewis) öz açıqlamasında belə deyib:
“Bu, Azərbaycanın pulyuyan maşını vasitəsilə əhəmiyyətli dərəcədə pul vəsaitinin yuyulmasıdır və uğurumuz bu sxemlərdən istifadə edən hər bir kəs üçün riski olduğunu göstərməkdir. Biz bu milyonlarla vəsaiti cinayət fəaliyyətinin dəqiq xarakterini sübut etməyə ehtiyac qalmadan geri ala bildik. Böyük Britaniyaya daxil olan qeyri-qanuni vəsaitlərlə mübarizə aparmaq üçün mülki səlahiyyətlərimizdən istifadə etməyə davam edəcəyik”.
Milli İqtisadi Cinayətlər Mərkəzinin direktor müavini Ben Rassel isə bildirib:
“Bu iş agentliyin beynəlxalq korrupsiya və çirkli pulların yuyulması ilə əldə edilən gəlirləri araşdırmaq və müsadirə etmək öhdəliyini göstərir. Böyük Britaniya qeyri-qanuni maliyyələşmənin əleyhinədir və bununla mübarizə aparmaq üçün bütün lazımı vasitələrdən istifadə edəcək”.