Britaniya parlamenti Tereza Meyin ”Brexit” planına yox dedi

Baş nazirin 3 gün vaxtı var

Source:


Baş nazirin 3 gün vaxtı var

Britaniya parlamenti 202 “lehinə”, 432 “əleyhinə” olmaqla Baş nazir Tereza Meyin “Brexit” planını qəbul etməyib.

“Brexit” – Britaniya və çıxış (exit) sözlərinin birləşməsidir və Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxmasını nəzərdə tutur.

“Brexit” razılaşması AB və Britaniya vətəndaşlarının hüquqları, İrlandiya və Şimali İrlandiya arasında açıq sərhədləri, Britaniyanın AB-ni tərk etdikdən sonra maliyyə ödəmələrini nəzərdə tutur.

Bundan sonra T. Meyin parlamentə yeni plan təqdim etmək üçün 3 gün vaxtı var. Yerli mətbuat qeyd edib ki, hazırki situasiyanın üç versiya üzrə davamlı ola bilər – Britaniya AB-dən müqaviləsiz çıxa bilər (çətin Brexit), yeni referendum keçirə bilər, AB ilə danışıqlara qayıda bilər.

Gözlənilir ki, T. Mey AB-dən bir sıra güzəştlər alıb, öz planını bir neçə gündən sonra yenidən parlamentə təqdim edə bilər.

Planın əleyhinə çıxan “Leyborist” partiyası parlamenti yeni seçkilərin keçirilməsinə razılıq verməsini sonradan isə təkrar referendumun təşkilinə nail ola bilər.

Britaniyada “Brexit” tərəfdarları Konservativ partiya və avroskeptiklərdir.

Britaniyanın AB-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. AB-ni tərk etmənin lehinə 51,9%, əleyhinə 48,1% faiz səs verilib.

Səsvermənin nəticələri Böyük Britaniyaya daxil olan ölkələrdə müxtəlif olub. Belə ki, Şotlandiya və Şimali İrlandiyada AB-də qalmağın tərəfdarları çox olub, İngiltərə və Uelsdə isə birlikdən çıxmanın tərəfdarları çoxluq təşkil ediblər.

Britaniyanın AB-dən çıxması 2019-cu il martın 29-da nəzərdə tutulub.

Ana səhifəXəbərlərBritaniya parlamenti Tereza Meyin ”Brexit” planına yox dedi