Brexitlə bağlı danışıqların üçüncü raundu sona çatıb

Frost 1 iyunda başlanması planlaşdırılan danışıqların növbəti raundu üçün yanaşma dəyişikliyinə ehtiyac duyulduğunu deyib.

Source: Foto: google.ru


Frost növbəti raundu üçün yanaşma dəyişikliyinə ehtiyac duyulduğunu deyib

Britaniyada Brexitlə bağlı danışıqlarının əsas aparıcısı David Frost deyib ki, Avropa İttifaqı ilə aparılan danışıqların üçüncü raundu razılığa gedən yolda “çox az irəliləyiş” ilə başa çatıb.

“Reuters” agentliyinin verdiyi məlumata görə, o, ən böyük maneənin Avropa İttifaqının bir sıra yeni və qeyri-adekvat təkliflərdə israr etməsi olduğunu vurğulayıb.

Frost 1 iyunda başlanması planlaşdırılan danışıqların növbəti raundu üçün yanaşma dəyişikliyinə ehtiyac duyulduğunu deyib.

Böyük Britaniya gələn həftə üçün ölkənin mövqeyini əks etdirən qanun layihəsini ictimaiyyətə açıqlamağı düşünür. Bununla krallıq Avropa İttifaqının üzvü olan ölkələrə və “maraqlı müşahidəçilərə” İngiltərənin yanaşmasını çatdırmaq niyyətindədir.

Ana səhifəDünyaBrexitlə bağlı danışıqların üçüncü raundu sona çatıb