Baş nazir NATO liderlərini təcili tədbir görməyə çağırıb
Böyük Britaniyanın tezliklə Rusiya Prezidenti Vladimir Putinə və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcəyi bildirilib.
Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun NATO liderləri ilə telefon danışığından sonra yaydığı bəyanatda qeyd edilib.
Məlumatı Rusiya mediası yayıb.
“Baş nazir NATO liderlərini [Rusiya ödəniş sistemindən] SWIFT-ə qarşı təcili tədbirlər görməyə çağırıb”, – deyə bəyanatda bildirilib.
Baş nazirin sözlərinə görə, London bir gün əvvəl Böyük Britaniyanın elan etdiyi sanksiya paketinə əlavə olaraq, Prezident Putin və xarici işlər naziri Sergey Lavrova qarşı çox yaxında sanksiyalar tətbiq edəcək.
Ancaq məhdudiyyətlərin konkret nədən ibarət olacağı açıqlanmır.
Rusiya ilə münasibətlərə gəlincə, Baş nazir “münasibətlərin normallaşmasından söhbət gedə bilməz”, – söyləyib.
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın yeni sanksiyalarına “Nə Putinin, nə də Lavrovun nə Britaniyada, nə də xaricdə heç bir yerdə hesabı yoxdur”,-deyə cavab verib.