Boris Conson VTB və “Aeroflot”a qarşı bloklayıcı sanksiyalar yeridiləcəyini elan edib

Michael Tubi/shutterstock.com


“Novaya Qazeta”-nın materialı

Sanksiyalar Rusiyanın iri şirkətlərinə də şamil edilə bilər
Böyük Britaniya VTB və “Aeroflot”a qarşı bloklayıcı sanksiyalar tətbiq edir. Bu barədə ölkənin Baş naziri Boris Conson bəyan edib, “The Guardian” xəbər verir.

Böyük Britaniya “VTB”-nin bütün aktivlərini dondurur. London həmçinin Rusiya Federasiyası vətəndaşlarının Böyük Britaniya banklarında olan hesablarındakı depozitin həcminə məhdudiyyət qoyur. “Aeroflot” bu ölkəyə uça bilməz.

Sanksiyalar həmçinin Rusiyanın iri şirkətlərinin Britaniya bazarında maliyyələşməsinə qadağanı və Rusiyaya neft emalı üçün yüksək texnologiya və qurğuların ixracına məhdudiyyətləri nəzərdə tutur.


Fərdi sanksiyalar daha 100 fiziki və hüquqi şəxsə münasibətdə tətbiq edilir. Məhdudiyyətlər o cümlədən BAK (“Birləşmiş aviatikinti korporasiyası”), BGK (“Birləşmiş gəmi-tikinti korporasiyası”) “Rostex”ə aiddir.
Conson qeyd edib ki, Böyük Britaniya bu gün Rusiyaya münasibətdə “ən həcmli sanksiyalar” yeridir. O, daha sonra deyib ki, Belarusa qarşı da sanksiyalar tətbiq ediləcək.


VTB aksiyaları xəbər fonunda düşməyə başlayıb, onlar 42 faizdən çox itirib. “Aeroflot”un aksiyaları 30 faiz düşüb.


Bundan əvvəl RF prezidenti Vladimir Putin Moskvada ölkənin iri biznesinin nümayəndələri ilə görüş keçirib. O, biznesi “hökumətlə birgə işləməyə” və baş verənlərə anlayışla yanaşmağa çağırıb.


Putin səhər tezdən Ukraynada “xüsusi əməliyyat”a başlanılması barədə elan edib. Rusiya Müdafiə Nazirliyində bəyan ediblər ki, “Ukrayna ordusunun hərbi infrastrukturu, HHM obyektləri, hərbi aerodromları və aviasiyası sıradan çıxarılır”. Səhər saat 5 radələrində Ukraynanın bir neçə şəhərində möhkəm partlayışlar baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində hərbi vəziyyətin tətbiq edilməsi barədə elan edib.

Ana səhifəDünyaBoris Conson VTB və “Aeroflot”a qarşı bloklayıcı sanksiyalar yeridiləcəyini elan edib