Bono səhnədən Azərbaycandakı siyasi məhbuslara azadlıq istədi

Siyasi məhbusların fotoları səhnədən nümayiş olundu…

Source:

Məşhur İrland qrupu U2-nin solisti Bono iyunun 12-si və 13-də Monrealda verdiyi konsertdə azərbaycanlı siyasi məhbusların – Emin Hüseynov, Xədicə İsmayıl, Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin adlarını çəkib. Eyni zamanda bu siyasi məhbusların fotoları arenada nümayiş etdirilib. Bononun bu güclü müraciəti bundan əvvəlki gecə Avropa Oyunlarının açılışı zamanı Lady Gaganın sürpriz çıxışı ilə kəskin təzad təşkil edir. Bono “Sport for Rights” (Hüquqlar Naminə İdman) kampaniyasının xahişi ilə səhnədən Azərbaycandakı siyasi məhbusları müdafiəsinə yönəlmiş müraciət edib. “Sport for Rights”-ın koordinatoru Rebecca Vincent bu müraciətlə bağlı belə şərh verib: “Bononun bizim Azərbaycanda həbs olunmuş həmkarlarımızın, o cümlədən “Sport for Rights” kampaniyasının banisi olan Rəsul Cəfərovun müdafiəsinə qalxması bizi çox sevindirir. …Dünya ölkədə əslində nələrin baş verdiyini bilir və susmayacaq.”



Meydan TV yaxın saatlarda Bononun siyasi məhbuslara azadlıq çağırışının videogörüntüsünü yayımlayacaq.

Ana səhifəXəbərlərBono səhnədən Azərbaycandakı siyasi məhbuslara azadlıq istədi