Bomba sığınacaqlarıında iki oğlan uşağı dünyaya gəlib

Xerson meri: “Şəhər işləyir və yaşayır”

Fevralın 25-də Xerson bomba sığınacaqlarında iki sağlam oğlan uşağı dünyaya gəlib. “Hromadske”nin məlumatına görə, bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev məlumat verib.

“Həkimlərimiz hazır idi və həm analar, həm də yeni doğulmuş uşaqlar üçün hər şey yaxşı keçdi”, – Mer bildirib.

O deyib ki, Xersonun üzərində Ukrayna bayrağı dalğalanır, şəhər işləyir və yaşayır:

“Saat 6:30-da ilk trolleybuslar xəttə daxil oldu. Hətta şəhəri bir balaca təmizləməyə də nail oluruq”.

Kolıxayev yemək-çörək, su təchizatının həlli ilə də məşğul olduqlarını deyib.

Ana səhifəXəbərlərBomba sığınacaqlarıında iki oğlan uşağı dünyaya gəlib