Aktyor özünü günahkar saymır
Alek Bolduin “Rust” filminin prodüserlərini məhkəməyə verib.
Aktyor iddiasında filmin çəkilişləri zamanı odlu silahdan açılan atəş nəticəsində həyatını itirən operator Qalina Hatçinsin ölümündə özünü günahkar hesab etmədiyini bildirib.
Bolduin həmçinin qeyd edib ki, Qalina Hatçinsin həyat yoldaşı və oğlu ilə danışmaq təşəbbüsünü öz üzərinə götürüb.
Mərhumun ailə üzvlərini təzminat ödəniləcəyi barədə məlumatlandırıb.
Aktyor məhkəmədən əldə olunacaq təzminatı operatorun ailəsinə bağışlamaq niyyətindədir.
Daha öncə Qalina Hatçinsin həyat yoldaşı Bolduini və filmin yaradıcı heyətini məhkəməyə vermişdi.
Nyu-Meksiko Məhkəməsinə təqdim olunan şikayət ərizəsində bildirilirdi ki, Bolduin və digər cavabdeh şəxslər filmin çəkilişləri zamanı əsl odlu silahdan istifadə ediblər.
Alek Bolduin ötən ilin oktyabrında “Rust” filminin atışma səhnəsi lentə alınarkən rejissor Joel Souzanı və 42 yaşlı operator Qalina Hatçinsi yaralayıb.
Qalina Hatçins ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin istintaq zamanı odlu silahın real güllələrlə hansı şəraitdə doldurulduğu açıqlanmır.