BMT-dən Zaporojye AES-lə bağlı xəbərdarlıq

Zaporojiya Atom Elektrik Stansiyası. Mənbə: Reuters

“AES-ə artilleriya atəşi atan hər kəs məsuliyyət daşıyır”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nüvə Nəzarəti Təşkilatının rəhbərliyi Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir ki, AES-ə artilleriya atəşi atan hər kəs məsuliyyət daşıyır.

“Komandamız noyabrın 21-də həmin ətrafa endirilən zərbələrdən dəyən ziyanı yoxlamağa hazırlaşır. AES-ə artilleriya zərbəsi endirmək atəşlə oynamaq kimi bir şeydir”, xəbərdarlıqda qeyd edilir.

Ukraynanın cənubundakı Avropanın ən böyük AES-nə hücumlar Rusiya qüvvələrinin Ukraynanın cəbhə xətti boyunca mövqelərini vurduğu şərqdə döyüşlərin getdiyi bir vaxtda baş verib.

“Reuters” yazır ki, Zaporojiye Atom Elektrik Stansiyasının atəşə tutulması cənubdakı Xerson bölgəsində Rusiya qüvvələrinin uğursuzluqlarından sonra başlayıb.

Sayt bildirir ki, Rusiya cavab reaksiyasında bir çox elektrik obyektlərinə raket zərbələri endirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bildirib ki, noyabrın 19-20-də atom stansiyasında ondan çox partlayış baş verib.

Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, hücumlar son dərəcə narahatedici və tamamilə qəbuledilməzdir.

“Bunun arxasında kim dayanırsa, dərhal dayanmalıdır. Əvvəllər dəfələrlə demişəm, odla oynamaq olmaz!”, – Qrossi açıqlamasında bildirib.

Rusiya və Ukrayna obyektin atəşə tutulmasında bir-birini günahlandırıb.

Onlar son aylarda AES yaxınlığındakı hücumların hər birində bunu ediblər.

Zavod rəhbərliyinin verdiyi məlumatda bildirilir ki, bəzi binalara, sistemlərə və avadanlıqlara ziyan dəyib, lakin onların heç biri nüvə təhlükəsizliyi baxımından kritik olmayıb.

Qrossinin dediyinə görə, komandası noyabrın 21-də qiymətləndirmə aparmağı planlaşdırır.

Eyni zamanda, Rusiyanın nüvə enerji operatoru “Rosenergoatom” açıqlama verərək bildirib ki, həmin komandanın yoxlayacağı şeylər məhduddur.

“Əgər onlar nüvə təhlükəsizliyi ilə heç bir əlaqəsi olmayan obyekti yoxlamaq istəsələr, girişə icazə verilməyəcək”, – “Rosenergoatom”un baş direktorunun müşaviri Renat Karçaa “Tass” Xəbər Agentliyinə bildirib.

Zaporojiye zavodu Rusiyanın işğalından əvvəl Ukraynanın elektrik enerjisinin təxminən beşdə birini təmin edib.

Müharibə başlayandan bu tərəfə zavod bir neçə dəfə ehtiyat generatorlarla işləməyə məcbur olub.

Tərkibində uran 235 olan altı sovet layihəli VVER-1000 V-320 su ilə soyudulan və su ilə idarə olunan reaktor var.

Reaktorlar bağlanıb, lakin soyutma sistemlərini idarə edən enerji kəsilərsə, nüvə yanacağının həddindən artıq istiləşməsi riski var.

Ana səhifəDünyaBMT-dən Zaporojye AES-lə bağlı xəbərdarlıq